Lənkəranın 5 kəndinə dolu düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranın 5 kəndinə dolu düşdü

1news Redaksiyası11:40 - Bu gün
Lənkəranın 5 kəndinə dolu düşdü

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur.
 
1news.az xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb.

Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.

Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər