Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib

1news Redaksiyası17:57 - Bu gün
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib

Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindən oğurlanan bürünc barelyef bərpa edilərək yerinə quraşdırılıb.

1news.az Anews.az-a istinadən xəbər verir ki, barelyefin sentyabrın 9-da yoxa çıxdığı məlum olub.

Həmin gün polis əməkdaşları şübhəli şəxsləri saxlayıb, bir neçə hissəyə mişarlanmış abidəni aşkarlayıblar.

Kompozisiyanın üzərindəki yazılar kəsildiyindən barelyefin yenidən hazırlanmasına qərar verilib. Bərpa işləri dövlət dəstəyi hesabına həyata keçirilib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər