Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır

1news Redaksiyası21:13 - Bu gün
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır

Monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarları ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin, eləcə də təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarının icrası vəziyyətinin yoxlanılması nəzərdə tutulur.

“Təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı qaydaların icrasına dair nəzarət məktəb rəhbərliyi tərəfindən tənzimlənir. Geyim forması ilə bağlı müvafiq məsələlər isə Pedaqoji Şuralar tərəfindən müzakirə edilərək həll olunur.

Bununla yanaşı, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.

Qeyd edək ki, vahid geyim forması tələblərinin tətbiqində əsas məqsəd təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitini formalaşdırmaqdır

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər