FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 meyit aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 meyit aşkarlanıb

1news Redaksiyası09:27 - Bu gün
FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 meyit aşkarlanıb

Ötən həftə ərzində 135 yanğına çıxış olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 40 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 49 nəfər xilas edilib, 9 nəfər xəsarət alıb, 3-ü azyaşlı olmaqla 21 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 8 nəfərin meyiti təhvil verilib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər