BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

1news Redaksiyası09:56 - Bu gün
BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

Dəmir yolu keçidlərində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, Salyan-Salmanlı dəmir yolu sahəsində qorunmayan keçiddə “Mercedes” markalı avtomobilin sürücüsü relslər üzərində məcburi dayandığından hərəkətdə olan qatarla toqquşma baş verib. Sürücü son anda avtomobili tərk edə bilib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və dəmir yolu təsərrüfatına ciddi ziyan dəyib.

BDYPİ sürücüləri dəmir yolu keçidlərində yol nişanlarının, svetoforların, şlaqbaumların və keçid növbətçilərinin göstərişlərinin tələblərinə əməl etməyə, qatarın yaxınlaşmadığına əmin olduqdan sonra hərəkətə davam etməyə çağırıb.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər