Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

1news Redaksiyası12:22 - Bu gün
Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə 1news.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu zaman "Koroğlu" stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək; qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək; oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq; Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər