29 dərəcəyədək isti olacaq - Sabahın havası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

29 dərəcəyədək isti olacaq - Sabahın havası açıqlandı

1news Redaksiyası12:44 - Bu gün
29 dərəcəyədək isti olacaq - Sabahın havası açıqlandı

Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Səhər və axşam arabir duman olacaq.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, Nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər