Gürcüstandan gələn yük maşınında külli miqdarda bəyan edilməmiş dərman tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstandan gələn yük maşınında külli miqdarda bəyan edilməmiş dərman tapıldı

1news Redaksiyası16:50 - Bu gün
Gürcüstandan gələn yük maşınında külli miqdarda bəyan edilməmiş dərman tapıldı

Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsində külli miqdarda bəyan edilməmiş dərman vasitələri aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

İdarənin “Mazımqara” gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli təsvirlər müşahidə olunub.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, keyfiyyəti məlum olmayan dörd karton qutuda qablaşdırılan külli miqdarda dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər