Bu ilin 9 ayında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin 9 ayında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

1news Redaksiyası10:39 - Bu gün
Bu ilin 9 ayında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsi 490 min reabilitasiya vasitəsi ilə təmin edib.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunan reabilitasiya vasitələrindən 3231-i təkərli oturacaq (o cümlədən 135-i mühərrikli təkərli oturacaq), 1506-sı aşağı və yuxarı ətraf protezi, 2445-i əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 6654 cüt protez və ortopedik ayaqqabı, 2089 eşitmə aparatı, 162 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər