Bakıda 90 küçə və prospektdə təmir başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 90 küçə və prospektdə təmir başa çatıb

1news Redaksiyası12:06 - Bu gün
Bakıda 90 küçə və prospektdə təmir başa çatıb

Bakının 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində işlər davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 110 küçə və prospekti əhatə edən proqram üzrə artıq 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. Bu isə nəzərdə tutulan işlərin 82 %-nin tamamlanması deməkdir.

Hazırda 6 küçə və prospektdə təmir işləri davam etdirilir, növbəti mərhələdə isə daha 14 küçə və prospektin təmiri planlaşdırılır.

Həyata keçirilən tədbirlərin əsas məqsədi paytaxtın yol infrastrukturunu müasirləşdirmək, nəqliyyatın hərəkət rahatlığını artırmaq və yol hərəkəti təhlükəsizliyini daha da gücləndirməkdir.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər