Sabah Bakıda hava dəyişkən buludlu olacaq - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda hava dəyişkən buludlu olacaq - PROQNOZ

1news Redaksiyası12:57 - Bu gün
Sabah Bakıda hava dəyişkən buludlu olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.

Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq.  Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər