Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

1news Redaksiyası16:22 - Bu gün
Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Rusiyadan Azərbaycana idxal olunmuş bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə 1news.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər