Azərbaycan son 4 ildə yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan son 4 ildə yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

1news Redaksiyası11:49 - Bu gün
Azərbaycan son 4 ildə yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

2025-ci ildə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) qəbul etdiyi yeni dövlət standartlarını sayı 2021-ci illə müqayisədə 9,6 dəfə çox olub.

1news.az xəbər verir ki, bunu Agentliyin sədr müavini İlqar Həsənov bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə 36 yeni dövlət standartı qəbul edildiyi halda, bu rəqəm 2025-ci ildə 345 olub.

"Standartlaşdırma sahəsində həyata keçirilən işlərin əsas göstəricilərindən biri yeni dövlət standartları hazırlanması və qəbul edilməsidir. Təkcə bu ilin 9 ayında isə 620 yeni dövlət standartı qəbul olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur", - deyə İ.Həsənov əlavə edib.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər