Vüqar Zifəroğlu: Jurnalistikanın inkişafı istiqamətində yeni layihələr həyata keçiriləcək
Jurnalistikanın inkişafı istiqamətində yeni layihələr həyata keçiriləcək.
1news.az xəbər verir ki, bunu Mətbuat Şurasının (MŞ) yeni sədri Vüqar Zifəroğlu jurnalistlərə açıqlamasında deyib.
O, MŞ-nin yeni İdarə Heyətinin yeni çağırışlara ən yüksək səviyyədə cavab verəcəyinə əmin olduğunu bildirib:
"Azərbaycan Mətbuat Şurası həmişə olduğu kimi, fəaliyyətini jurnalistikanın inkişafı istiqamətində davam etdirəcək və müxtəlif maraqlı layihələr həyata keçiriləcək".
V.Zifəroğlu həmçinin quruma daxil olan şikayətlərin sayının əvvəlki illərlə müqayisədə azaldığını da söyləyib:
"2022–2026-cı illəri əhatə edən dövrə nəzər saldıqda şikayətlərin sayında azalma tendensiyası müşahidə olunur. Mətbuat Şurasına daxil olan bütün şikayətlər araşdırılacaq və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcək. Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması və Mətbuat Şurasının fəaliyyəti üçün münbit şəraitin yaradılması nəticəsində gələcəkdə şikayətlərin daha da azalacağını, hətta tamamilə aradan qalxacağını gözləyirik".












