Ötən həftə 149 yanğın hadisəsi qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə 149 yanğın hadisəsi qeydə alınıb

1news Redaksiyası09:16 - Bu gün
Ötən həftə 149 yanğın hadisəsi qeydə alınıb

Ötən həftə 149 yanğına çıxış olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 149 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 31 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 4 nəfərin meyiti təhvil verilib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər