Qatarlara daş atmaq cinayətdir - ADY-dən XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Qatarlara daş atmaq cinayətdir - ADY-dən XƏBƏRDARLIQ

1news Redaksiyası13:30 - Bu gün
Qatarlara daş atmaq cinayətdir - ADY-dən XƏBƏRDARLIQ

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılması halı qeydə alınıb.

1news.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə analoji hadisələrin sayı 38 % azalsa da, xoşagəlməz nəticələr dəyişmir: sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır.

Aşkarlanmış faktlarla bağlı Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir faktla bağlı müvafiq araşdırma aparılıb.

"Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, ADY valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırır. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir", - deyə məlumatda qeyd olunub.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər