Biləsuvarda qəza can aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda qəza can aldı

1news Redaksiyası10:03 - Bu gün
Biləsuvarda qəza can aldı

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elnur Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan sürücü İmişli rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər