Sabah bəzi rayonlarda leysan yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bəzi rayonlarda leysan yağacaq

1news Redaksiyası12:54 - Bu gün
Sabah bəzi rayonlarda leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18°, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 16-19°, gündüz 25-28° isti, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 12-16° isti olacaq.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər