Ceyranbatanda ana və övladını maşın vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyranbatanda ana və övladını maşın vurub

1news Redaksiyası15:11 - Bu gün
Ceyranbatanda ana və övladını maşın vurub

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ana və övladını avtomobil vurub.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən ana və övladını "Hyundai Santa Fe" markalı minik maşını vurub. Onlar müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər