Bakıda yol təmiri ilə əlaqədar hərəkət tam məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yol təmiri ilə əlaqədar hərəkət tam məhdudlaşdırılacaq

1news Redaksiyası17:00 - Bu gün
Bakıda yol təmiri ilə əlaqədar hərəkət tam məhdudlaşdırılacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq.

Sürücülərdən sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər