Masazırda ölümlə nəticələnən yol qəzası olub

Abşeronda maşın piyadanı vuraraq öldürüb.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.
Belə ki, Vahim Vahidov idarə etdiyi “Mercedes Benz Viano” markalı avtomobillə hərəkətdə olarkən piyada Zaur Əzimovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
67












