Lerikdə qızıl axtaran şəxs qayalıqdan yıxılaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə qızıl axtaran şəxs qayalıqdan yıxılaraq ölüb

1news Redaksiyası09:55 - Bu gün
Lerikdə qızıl axtaran şəxs qayalıqdan yıxılaraq ölüb

Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

1news.az Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Digər şəxs E.Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər