Qar, yağış yağıb - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Qar, yağış yağıb - Faktiki hava

1news Redaksiyası11:13 - Bu gün
Qar, yağış yağıb - Faktiki hava

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Ordubad, Lerikdə 4, Şahbuz, Gədəbəy, Qusarda 2, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı, Astarda 1 mm-dir.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər