Zaqatalada silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb

1news Redaksiyası09:37 - Bu gün
Zaqatalada silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb

Zaqatala rayonunda  yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər