Ötən gün Azərbaycanda 50 şübhəli saxlanılıb

Oktyabrın 23-də Azərbaycanda polis əməkdaşları tərəfindən 36 yeni, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin edilib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan ümumilikdə 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 85-i borclu şəxs qismində axtarışda olan şəxslərdir.
Bundan başqa, gün ərzində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 5 fakt müəyyən edilib.
Qeyd olunub ki, cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
68











