Zığda yaşayış binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Zığda yaşayış binasında yanğın olub

1news Redaksiyası14:37 - Bu gün
Zığda yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayış binasından yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər