Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur – NİİM siyahını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur – NİİM siyahını açıqladı

1news Redaksiyası08:54 - Bu gün
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur – NİİM siyahını açıqladı

Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edirik:

* Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

* Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

* Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

* 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

* Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

* Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

* Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

* Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyədək);

* Heydər Əliyev prospektinin köməkçi yolu, mərkəz istiqamətində;

* Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

* Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

* Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

* 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;

* Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

* Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

* 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

* Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

* Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

* Niyazi küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər