Azərbaycanda ötən gün 42 şübhəli şəxs saxlanılıb

Oktyabrın 26-da Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bundan başqa, axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 84-ü borclu şəxs qismində axtarışda olub.
Hesabat dövründə narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 5 fakt müəyyən edilib.
79











