7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

16:07 - 23 / 09 / 2020
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

Sentyabrın 24-27-də ADA Universitetinin, “ACM-W” Avropanın təşkilatçılığı, Azərbaycan Konqreslər Bürosunun, “PASHA Bank”, “Amazon” və “IBM” şirkətlərinin dəstəyi, “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı, “Caspian Event Organisers” şirkətinin təşkilati və texniki dəstəyi ilə ACM-in 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, ADA Universitetinin ev sahibliyi ilə həyata keçiriləcək bu beynəlxalq tədbirin məqsədi qadınları karyeralarını informatika sahəsində qurmağa həvəsləndirmək, texniki sahələrdə təhsil alan və ya fəaliyyət göstərən xanımları bir araya gətirməkdir. 

“womENcourage 2020” pandemiya səbəbindən bu il onlayn formatda keçirilsə də, tədbir çərçivəsində konfrans, karyera sərgisi və hakafon təşkil ediləcək. İştirakçılar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə virtual ünsiyyət quraraq müvafiq vakansiyalardan yararlanmaq, hakafonda isə real həyatda üzləşdiyimiz problemə dair texnoloji həllər irəli sürərək funksional prototip yaratmaq imkanı əldə edəcəklər.

Dörd gün davam edəcək virtual tədbirin rəsmi  açılışını edəcək ADA Universitetinin akademik işlər üzrə prorektoru Dr. Vəfa Kazdal bildirib: “Əminəm ki, dünyanın lider təhsil və sənaye müəssisələrində aparılan qabaqcıl tədqiqatlar barədə çıxışlar gəncləri bu sahəyə daha da həvəsləndirəcək”. 

Tədbir iştirakçıları informatika ilə bağlı çıxışları dinləyəcək, 5 fərqli qitədən 17 ölkəni təmsil edən tələbə və tədqiqatçıların poster təqdimatını izləyəcəklər.

Əlavə məlumat: http://womencourage.acm.org/2020/ 

1news.az

 

Paylaş:
601

Son xəbərlər

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12
Bütün xəbərlər