ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub

10:13 - 20 / 01 / 2020
ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü, Kiçik Biznes Komitəsinin sədri Stiv Çabot 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

1news.az-ın verdiyi xəbərə görə, bəyanatda deyilir ki, 1990-cı ilyanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusu Azərbaycanın paytaxtı Bakıya və ətraf ərazilərə hücum edib:

“Bu vəhşi işğal Azərbaycanın milli tarixində öz əksini tapıb və xalqın qəlbində “Qara Yanvar” olaraq xatırlanır. Sovet vəhşiliyi nəticəsində 145-dən çox günahsız mülki şəxs ölüb, 800-ə yaxın insan yaralanıb, yüzlərlə adam həbs edilib. Sovet hakimiyyəti bunları Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq üçün edirdi. Bu hücum əslində Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verdi. “Qara Yanvar” hadisələrindən sonra Azərbaycan Sovet İttifaqından çıxdı və müstəqilliyini elan etdi.

Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib. 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanıb. Gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurdu. Bu gün ABŞ və Azərbaycan arasında əməkdaşlıq bir çox sahələrdə inkişaf edib.

ABŞ və Azərbaycan region üzrə ortaq maraq və məramlara malikdir. Ölkələrimiz xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlıq edir. Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıram”.

Eyni zamanda, ABŞ Konqresindəki Tennesi ştatını təmsil edən konqresmen Stiv Kohen də (Demokrat) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. S. Koen bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet qoşunu tanklarla Bakı şəhərinə hücum edib.

“Həmin gecə, Sovet hərbçiləri günahsız Azərbaycanlılara zor tətbiq edib, qadın və uşaqlar da daxil olmaqla azadlıq istəyən dinc nümayiş iştirakçılarına fərq qoymadan silahla atəş açıb. Bu qəddar hərəkətlər nəticəsində 147 insan həlak olub, 800-ə yaxın yaralanıb, 841 nəfər həbs edilib, 5 nəfər isə itkin düşüb. “Human Rights Watch” təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatında deyilir ki, Bakıya hücum zamanı insan hüquqları ən kobud şəkildə pozulub.

Buna misal olaraq tibb işçilərinə, təcili tibbi yardım avtomobillərinə və xəstəxanalara qarşı hücumları misal göstərmək olar. Sovet ordusu tərəfindən törədilmiş zorakılıq kollektiv cəza üsulu hesab edilirdi və Azərbaycan da daxil olmaqla SSRİ-nin digər ittifaq respublikalarındakı millətçilik hərəkatları üçün xəbərdarlıq idi. ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətrdən biri olub. Hazırda ABŞ və Azərbaycan strateji müttəfiq, regionda və dünyada ortaq maraqlara malik dövlətlərdir”.

S.Xankişiyeva

 

Paylaş:
875

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər