Adil Əliyev: Şərqdə ilk Cumhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi | 1news.az | Xəbərlər
Siyasət

Adil Əliyev: Şərqdə ilk Cumhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

14:33 - 28 / 05 / 2020
Adil Əliyev: Şərqdə ilk Cumhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Birincisi, XX əsrin əvvəllərində Rusiya imperiyası dağılmışdı. Azərbaycan əsarətdən qurtulmuşdu.

İkincisi, ötən əsrin əvvəllərində müxtəlif dövlətlərdə yüksək ali təhsil alan ziyalı qrupu formalaşmışdı ki, məhz həmin şəxslər müstəqilliyin ideloji əsasını hazırlamışdılar.

Üçüncüsü, Bakı daşnak-boşlevik yığnağı tərəfindən işğal olunmuşdu. Paytaxt Bakının işğaldan azad olunması Azərbaycan türkləri üçün qurur məsələsi idi. Azərbaycan Cumhuriyyətinin müvəqqəti paytaxtı 1918-ci ilin mayın 28-də Gəncə elan olunsa da, əsas məqsəd Bakını və məmləkətin digər ərazilərini işğalçılardan azad etmək idi və bu işdə qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyin böyük əhəmiyyəti var idi. Nəhayət 1918-ci ilin sentyabrın 15-də Bakı işğaldan və işğalçılardan azad olundu.

Cumhuriyyətin qısa dövründə ordu quruldu, siyasi və iqtisadi, o cümlədən torpaq islahatları həyata keçirildi, Bakı Dövlət Universiteti təsis edildi. Ancaq Cumhuriyyət mürəkkəb dövrdə varlığını sürdürürdü. Ətraf toz duman idi. Birinci Dünya Müharibəsi yenicə bitmiş, Osmanlı dövləti süqut etmiş, Böyük Britaniyanın qoşunları Azərbaycanda yerləşmiş, üstəgən şimal qonşumuz – Rusiyada vətəndaş müharibəsi davam edirdi. Cumhuriyyətimizin süqutu da məhz Rusiyada baş verən hadisələrlə əlaqəli oldu. Bolşeviklər vətəndaş müharibəsində rəqibləri üzərində qələbə çaldıqdan sonra vaxtilə devirdikləri Rusiya imperiyasını başqa formada bərpa etmək qərarına gəldilər. 1920-ci ildə yalnız Azərbaycan işğal olunmadı. Rusiya imperiyasından qopan Polşa və Finlyandiyadan başqa bütün digər ərazilər yenidən işğal olundu.

Bolşeviklər Azərbaycanı işğal etmək üçün müxtəlif hiyləgərliklərdən istifadə etdilər.

Birincisi, rus bolşevikləri Azərbaycanda özlərinə mütttəfiq tapdılar. Təəssüf ki, onların içərisində Azərbaycan parlamentinin millət vəkilləri, hətta Cumhuriyyətin dəniz qüvvətləri naziri də var idi. Onlar Cumhuriyyətin süqutu üçün yeni ağalarına canla başla xidmət etməyə başladılar.

İkincisi, rus bolşevikləri Azərbaycan əhalisini və parlamenti aldatmaq üçün şayihə yaydılar ki, guya Qızıl Ordu Azərbaycandan keçib Türkiyəyə - imperialistlərlə savaşan Atatürk və onun tərəfdarlarına yardıma gedəcək. Bunun yalan olduğu işğalın ilk günündən bəli oldu. Qızıl Ordunun Türkiyəyə yardım etmək kimi planı yox idi.

Üçüncüsü, yeni formalaşan Azərbaycan ordusunun əsas qüvvələri Dağlıq Qarabağda erməni silahlı qrupları ilə mübarizə aparırdı. Bakıda çox az qüvvələr var idi.

Rus bolşevikləri bütün bu amillərdən istifadə edərək Azərbaycanı işğal etdilər. Ancaq Azərbaycanın hətta güclü ordusu olsaydı və müqavimət təşkil olunsaydı belə böyük ehtimalla Rusiya məmləkətimizi işğal edəcəkdi. Çünki, o dövrdə yalnız Azərbaycan işğal edilmədi.

İndiki Azərbaycan Cumhuriyyətin varisidir. İşğal Cumhuriyyəti və onun bayrağını unutdurmadı, 70 ildən sonra həmin bayraq yenidən dalğalandı. Bu bayrağı ilk olaraq ümumilli liderimiz Heydər Əliyev Naxçıvan parlamentində dalğalandırdı. 1990-cı illərin əvvəllərində Azərbaycan növbəti təhlükə ilə üzləşdi, o zamankı hakimiyyətin yarıtmaz siyasəti məmləkətimizi yenidən uçurum nöqtəsinə gətirdi. Xalqımızın tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi bizi növbəti fəlakətlərdən qurtardı. Sabitlik və inkişaf dövrü başlandı, döyüş bölgəsində uğurlu həmlələr həyata keçirildi, böyük şirkətlərlə “əsrin müqaviləsi” və nefti daşıyacaq boru xətləriylə bağlı sazişlər imzalandı.

İlham Əliyev bu siyasətin ardıcıl davamçısıdır. Möhtərəm prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan hələ indiki qədər güclü olmamışdı. Müstəqil Azərbaycanın sabit inkişafı məmləkətimizi yeni uğurlara aparır. Azərbaycan işğalçı Ermənistandan başqa heç bir yaxın və uzaq ölkə ilə münasibətlərdə gərginlik yaşamır. Əsas amalımız yaxın və uzaq qonşularla qarşılıqlı faydalılıq əsasında əlaqələri inkişaf etdirməkdir. Bu yolda Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Azərbaycan Cumhuriyyəti o dövrün tarixi gedişatı səbəbindən qısa müddət həyatda qala bildi. Hazırki Azərbaycan Cumhuriyyəti isə əbəbidir, bizlər müstəqilliyimizin davamı uğrunda bir daha kimsənin qarşısında baş əyməyəcəyik.   

Adil Əliyev

Milli Məclis Sədrinin müavini,

Gənclər və İdman Komitəsinin sədri                                            

Paylaş:
772

Son xəbərlər

Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25
Bütün xəbərlər