1news.az

ANAMA: Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb

30 Noyabr saat 15:15 ~ 1 dəqiqəlik oxu 2290
ANAMA: Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb

Şuşaya yolun, o cümlədən elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə başlanılıb.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, işlərin nə zaman yekunlaşacağı hələki bəlli deyil. İ.İsmayılov deyib ki, həmin ərazi mürəkkəb relyefə malikdir və partlayıcı maddələr, əsasən, əllə təmizlənir. Ona görə də işlərin hansı müddətdə başa çatacağını söyləmək çətindir”.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net