1news.az

Atatürkün ucaltdığı Azərbaycan bayrağının orağı, çəkici və ulduzu

10 İyul saat 15:43 ~ 12 dəqiqəlik oxu 4360
Atatürkün ucaltdığı Azərbaycan bayrağının orağı, çəkici və ulduzu

Düzgün tarix siyasətini necə yazmalı-Mustafa Kamalın Azərbaycan səfirliyinə gəlişi və bir fotonun tarixçəsi

Sosial Tədqiqatlar Mərkəzində formalaşan strateji baxışın əsasını təşkil edən hədəflərdən biri də düzgün tarix siyasətinin yürüdülməsidir. Ehkamçı baxışların hökmranlıq etdiyi bütün elm sahələrində bəlli ideologiyalardan, antipatiya və simapatiyalardan qaynaqlanan mövqelərin, dəlil və fərziyyələrin gerçəklik kimi qələmə verilməsi təhrif olunmuş bir keçmiş yaradır. Azərbaycan müstəqilliyini ikinci dəfə qazanandan sonra da xüsusilə 100 il əvvəlki tarixi düyünlərin sonadək çözümünü tapa bilməməsi vahid gələcək axtarışını daha da çətinləşdirmişdir. Ağılagəlməz dərəcə üst-üstə düşən bir çox ssenarilər, xarici güclərin planları və Qafqazlarda ələ aldıqları hərbi-iqtisadi siyasətləri axtarılıb üzə çıxarılır, tozlu qovluqların səliqəyə salınaraq müasir elitalar tərəfindən icraya yönəldilrilir.

Gördüyünüz  təkrarsız, heyrətamiz kadrlar Qurtuluş Savaşının lideri, Türkiyə Cümhuriyyətinin qurucusu və Milli İstiqlalının banisi Mustafa Kamalın 1921-ci ilin 18 dekabrında Ankaranın Cəbəci səmtində Azərbaycan Sovet Sosialist Respublikasının səfirlik binasının açılış mərasimindən tarixə həkk olunub, müxtəlif arxiv mənbələrində qorunaraq günümüzə gəlib çatıb. Xatırladaq ki, ilk olaraq, “Milli Hakimiyyət” qəzeti xəbəri oxucularına  çatdırarkən xeyli emosional-ədəbi prozalardan istifadə edərək onu “Ankara səmalarında Azərbaycan Bayrağı” kimi təqdim etmişdir. Bir qədər irəli gedərək, vurğulayaq ki, sözügedən fotolar və o dövrün sovet Rusiyasıilə Kamal Türkiyəsi arasındakı münasibətlərdə Qafqaz mövzusunu anlatmağa çalışarkən “Oqonyok” jurnalında da dərc olunub.

“Milli Hakimiyyət” dərgisində Azəbaycan bayrağı ilə Türk bayrağı qarşılaşdırılaraq, “ulduzun içində fəhlə və kəndliyə aid olan oraq və çəkicdən başqa Osmanlı bayrağından fərqlənməyən aylı-ilduzlu qardaş bayrağı yüksəklərdə dalğalanmaya başladı” deyə xalqa olanları çatdırmağa çalışıb.

Açılış mərasiminə və Bayrağın ucaldılması üçün binanın balkonuna çıxaraq bir dövlət rəmzinə yüksək ehtitramını sərgiləyən böyük Mustafa Kamal hökumət təmsilçiləri və ilk səfir vəzifəsinin icrası missiyasını şərəflə yerinə yetirməyə başlayan İbrahim Əbilovun başçılığında fəaliyyətə keçən 27 nəfərlik bir heyətin qarşısında təntənəli nitq söyləyib.Artıq Sovetlər Birliyinin qurulduğu bir dönəmdə müttəfiq respublikalara ayrıca xaricdə təmsilçilik hüququnun verilməsi özlüyündə mühüm hadisəydi.Proletar inqilabının rəhbəri Vladimir Leninin daha çox xalqları bolşeviklərin sırasına almaq planı içərisində təkcə Qafqaz xalqları deyil, Ukrayna və Orta Asiya da daxil bir çox millətlər yer alırdılar.Təsadüfi deyil ki, elə həmin illərdə Türkiyədə Ukrayna və digər milli respublikaların da elçiləri sovetlərin böyük səfiri Aralovla birgə çalışırdılar və hətta İbrahim Əbilovun dil, din və türk milli kimliyindən irəli gələn doğma bağlarından səfirlik etdiyi illərdə geniş istifadə edirdilər.

Qeyd edək ki, 1-ci dünya müharibəsindən sonra özünün 6 əsrlik varlığına son qoyan Osmanlı xanədanının torpaq və sərvət varlığına göz dikən Antanta və ingilis imperiyası, onların əlaltıları olan yunan orduları qarşısında Kamal Türkiyəsi ilə bolşevik bayrağı altında birləşən Şura Hökuməti arasında ittifaq hər iki tərəf üçün tarixi əhəmiyyət daşıyırdı.O ağır illərdə Qafqazlarda çarizimin süqutundan sonra meydana çıxan üç respublikanın varlığını himayə edən Almaniya və Britaniya hərbi-siyasi qüvvələri çox haqlı olaraq, bölgənin coğrafiyası, strateji mövqeyi və sərvətlərini həlledici əhəmiyyətli geoplitik silah adlandırır, ona sahib olacaq qüvvənin savaşı qazanacağını deyirdilər.

Bəllidir ki, iki imperiya vasirləri arasında getdikcə dərinləşən əlaqələr, maddi, insan və hərbi yardımlar bölgəni qazanmağa çalışan ingilis xəfiyyəsini-rəhbərlərini narahat edirdilər.Onların sürətlə dəyişən belə kəskin siyasi şəraitə adekvat takitiki planları Türk-Sovet işbirliyini qabaqlamağa,  Qurtuluş savaşının Qafqazdakı nəfəs borusunu kəsmək üçün müxtəlif təxribatlara gedərək bir tərəfdən o vaxtkı müstəqil hökumətlərə himaydarlılqarını artırır, o biri yandan Rusiyada türk və ya əksinə Türkiyədə bolşevik xofu yaradaraq hərəkət edirdilər. Bu məqsədlə bölgədə komissar sifəti ilə çalışan və buranı yaxşı tanıyan Oliver Vardrob tərəfindən “Qafqaz səddi” adlı məxfi doktrin işlənib hazırlanmışdı.

Müxtəlif mənbələrdə geniş təhlil edilən həmin sənəd tarixin dərinliyindən gələrək,  bölgəni vahid bir çətir altında istismar etmək üçün xalqların mədəni, iqtisadi və siyasi arzularını öz bildikləri istiqamətə yönəltməyi nəzərdə tutan strateji bir plan idi.Xatırladaq ki, sovetlər sistemi tarixdən silinəndən sonra Qərb siyasətində həmin “Qafqaz səddi”nin əsas bəndlərinə yenidən müraciət edildiyini aydınca görmək olurdu.Qısaca olaraq, türk geopoltiklərinin izahına görə həmin konseptin baş konturları beləydi:[1]

Dünya savaşı sonunda Orta Doğu petrollerine hakim olan İngiltere Bakü petrollerinin de üzerine de oturmuştu. Ancak bu iğreti bir oturmaydı. Zira İngilizlerin çok iyi bildiği bir gerçek vardı. Çarlık döneminde Rusya’nın petrol ihtiyacı Bakü’den karşılanıyordu. Bu petrol, Volga (İdil) Nehri üzerinden Rusya’nın tüm şehirlerine taşınmaktaydı.  Ekim devriminden sonra şiddetli bir iç savaş geçirmekte olan Rusya’da Bolşeviklerin, zaferlerini temin etmek ve Birinci Dünya Savaşında oluşan tahripleri onarabilmek için Lenin’in Bakü petrolüne Çarlık dönemine göre daha fazla ihtiyacı vardı. Rusya’nın hayat kaynağıydı Kafkas ötesindeki Bakü petrolleri. Bolşeviklerin ilk hedefinin Bakü olacağını gayet iyi bilen İngilizler bunu engellemek zorundaydılar. Ancak geniş bir cihan savaşından yeni çıkmış İngiliz halkı artık askere gitmek, çarpışmak ve ölmek istemiyordu. Bu durumda İngiliz askeri dışında bir plan geliştirildi. İngilizler, Ermenistan, Gürcistan ve Azerbaycan’ın askeri güçlerini birleştirerek Kafkasya’da Kafkas seddi oluşturmaya karar verdiler. Bunda baş rolü Ermeniler oynayacaktı. Ermeniler bu görevi daha önce de, biri Doğu Anadolu’da diğer Azerbaycan’da olmak üzere iki kez yerine getirmişlerdi. Her ne kadar her seferinde Türk Ordusuna yenilmişlerse de artık Türk ordusu teslim olmuş, terhis edilmişti yani Türklerin çetelerden başka güçleri kalmamıştı. Onların da o andaki tek nefes kapısı, Kafkasya kapısı, Ermenistan tıkacı ile kapatılacak,  Trabzon’dan Van Gölü güneyine kadar olan bölgeyi içine alacak şekilde büyütülerek bir “set” haline dönüştürülecek Anadolu Türkleri ile Orta Asya Türklerinin ilişkisini koparacaktı. [2]

Burada ayrıca vurlumağa dəyər-Mustafa Kamal bir sərkərdə uzaqgörənliyi ilə qeyd edir:”bizim için tek faydalı kapı Kafkas’tır. Yani İran falan bir değer taşımaz. Orada ne bir demiryolu vardır, ne de arkada bir kuvvet. İtilaf(yəni, birinci dünya müharibəsinin qalibləri və ingilislər) Kafkas devletlerini takviye ve bağımsızlıkla berkitmek istiyor. Biz Bolşevik istilasını teshil edip, onunla temasa gelirsek, Doğu’da bütün kapılar açılır ve sömürgelerin durumu tehlikeye düşer. Bu yapılamazsa siyasî varlığımız ortadan kalkabilir.”

Bu fikirlər Türkiyə üçün ən həlledici çıxış yolunun Qafqaz və bolşevik Rusiyası ilə döyüşmək yerinə iş birliyinə getmək olduğunu deməyə imkan verir. Başqa bir məxfi yazışmalarında türk lideri xalqının hər cəbhədən məruz qaldığı təhlükələri düzgün dəyərləndirərək  onlara arxadan zərbə vurmağa hazırlaşan qüvvələrin  böyük təhlükəsini bir an belə diqqətdən kənara qoymamağı tövsiyyə edir. O, ordu rəhbərlərinə 1920-ci illərin ağır günlərində göndərdiyi növbəti əmrlərində deyirdi:[3]

Kafkas Seddi’nin yapılmasını Türkiye’nin kati mahvı projesi sayıp bu seddi İtilaf Devletleri’ne yaptırmamak için en son vasıtalara müracaat etmek ve bu uğurda her türlü tehlikeleri göze almak mecburiyetindeyiz… İtilaf Devletleri’nin patronu olan İngiltere’nin de gerçek niyeti budur. Basra Körfezi ile Karadeniz ve Hazar Denizi arasında kendi nüfuzunda bir bölge oluşturmak. Bununla da bir taşla çok kuş vurmak. Birincisi, egemenliği altında bulundurduğu denizlere Karadeniz’i de katmak…. İkincisi petroldür. Kendisi için Birinci Dünya Savaşı’nın hedefleri arasında bulunan Irak petrol havzalarını (Basra ve KerkükMusul) işgalle Türklerden alır… Üçüncüsü de Anadolu Türklüğünün direnişini, yaşam alanını daraltarak dışla ilişki olanağını keserek, bitirmek… Ayrıca mevcut olan yönetimle işbirliği yapılarak Türkiye içerden de çökertilmektedir”.

Digər bir teleqramda vurğulanır: “bu projeden en az Türkiye kadar zarar görecek olan Rusya’yı da, 1 Aralık 1920’de “Ermeniler Van ve Bitlis’i ele geçirince Irak’taki İngilizlerle birleşeceklerinden dolayı bütün Yakın doğu’da İngilizlerin yeri çok sağlamlık kazanacaktır”, 27 Aralık 1920 tarihinde de “Ermenistan’ı Mezopotamya’da yerleşmiş İngilizlere yakınlaştıracak surette uzatmak, Moskova ve Ankara hükümetlerine pek çok nahoş sürprizler yaratmak demek olur” ifadeleriyle uyarmayı ihmal etmemiştir”(yenə orada-STM).

Göründüyü kimi, böyük strateq kimi və ölkəsinin hər qarışını gəzib dolaşaraq ən ucqarda yaşayan, min bir ehtiyac içində olmalarına rəğmən 1922-ci ilin “Böyük döyüşü”nə  hazırlaşan türk xalqının öndəri yaxşı başa düşürdü ki. Leninlə anlaşmalar, o cümlədən Azərbaycan Sovet Respublikasının rəhbəri Nərimanova bir müttəfiq duyğusu ulə qurulan münasibətlər Osmanlının 1918-ci ildən Rusiyanın şimalında yaşayan xalqları və Azərbaycandakı ordularının planları ilə deyil, yeni çağırışlar əsasında hərəkət etməyə məcburdular.Ona görə də qısa bir zaman kəsiyində Ankarada səfir vəzifəsini daşıyan Əbilovu və digər elçi Aralovu bütün hərbi birləmələrlə tanış etmiş, eləcə də rəsmi siyasi və iqtisadi tədbirlərdə yanına almaqdan vaz keçməmiş, bununla bütün planları və qurduğu yeni dövlətin idealları haqda bütün sovet, eləcə də onların əliylə dünyaya məlumatlar çıxara bilmişdi.

Azərbaycanın Ankarada sovet simvolikası ilə də olsa səfirliyinin açılışında Mustafa Kamalın onun daim “kardeşim” dediyi, evində xanımı Lətifə ilə birgə qonaq etdiyi, rəsmi ziyafətlərdə hər zaman tribuna verdiyi və son ölüm anında şəxsi doktorunu qulluq üçün ona ayırdığı “İbrahim Muherrem bey”in(Əbilovun) nitqləri gerçəkdən 100 illik tarixin son dərəcə ağır, lakin şərəfli səhnələrindən, səlnamələrindən doğulan hər sətrin mənəvi-siyasi abidəsi sayıla bilər.

Səfir İbrahim Əbilovdan gətirdiyimiz kiçik bir iqtibas o dövrün mürəkkəb hadisələrini və bir-birini əvəzləyən formasiyaların acı aqibətini özündə yaxşı əks lətdiri.O deyir: “Bundan iki yıl evvel Azerbaycan için İstanbul’da üç renkli bir bayrak çekildi. Lakin Müstakil Azerbaycan Rusya ve bütün diğer milletlerle dostane yaşamak arzusundadır. Ümit ederiz ki mazlum küçük milletler de hakimiyeti milliyelerine mazhar olurlar ve umumi kardeş olarak yaşarlar”.[4]

Hər sözü üzərində ayrıca təhlillər aparıla biləcək böyük dövlət adamı Atatürk səfirin çıxışı qarşılığında bunları söyləyir.Diqqətinizə onu çatdıraq ki, Şimali Qafqazda yaşayan  və orta Asiyadakı xalqarın dərin simpatiya və ehtiram duyduqları Türkiyənin imperiya əleyhinə savaşı Ankarada yeni dövlətin ilk təməllərini atan görkəmli şəxsiyyətlərin nə qədər incə və ehtiyatlı siyasət yürütümələrini tələb edirdi.Atatürkün xitabında əksini tapan qızıl sətirlər belədir[5]:

Azerbaycan ile Türkiye arasında mevcut kardaşlığın, samimiyetin doğurduğu bağdan başka, Azerbaycan’ın diğer dostlarımıza temas noktasında bulunması da kıymetli ve ehemmiyetlidir. Coğrafi vaziyeti göz önüne getirilirse, hakikaten Azerbaycan’ın Asya’daki kardaş hükümet ve milletler için bir temas ve birleşme noktası olduğu görülür, Azerbaycan’ın bu özel mevkii, vazifesini pek mühim kılmaktadır. Bu vaziyetin yanında Anadolu’yu da göz önüne getirmenizi rica ederim. Tesadüfen sağımda duvarda asılı olan şu haritanın pek güzel gösterdiği gibi, Anadolu da, bütün Asya’nın. bütün mazlumlar dünyasının, zulüm dünyasına doğru ileri sürdüğü bir vaziyette bulunmaktadır…Bundan evvel Azerbaycan Sovyet Sosyalist Cumhuriyeti’nin  bağımsızlığını temsil eden sancağı çekerken ellerimin birtakım hissiyat ve tesirler ile hareket ettiğini duyuyorum. Hakikatte sancağı çeken benim ellerim idi; fakat ellerimi hareket ettiren, bugünkü bayramda manen müşterek olan bütün Türkiye halkının hakiki ve samimi kardaşlık hissiyatı idi. Sefir Hazretleri; Azerbaycan sancağının Türkiye sancağının yanında, Türkiye semasında dalgalanışını görmek bütün milletimiz için büyük bir bayramdır. Bize böyle bir bayram günü yaşattığınızdan dolayı samimi teşekkürlerimi tekrar ederim”.

Göründüyü kimi, zamanla sayı on minlərə çatan azərbaycanlı mühacirlərin ikinci vətəninə çevrilən Türkiyədə Qızıl Orduya duyulan ehtiyacın “Azərbaycanın satılması” kimi qələmə veriləcəyi təhülkələrini göz önünə al;b, lakin Bakıda və bütün Azərbaycanda bolşevik inqilabına açılan yüz minlərin qapısını nəzərə alaraq, ən düzgün və ehtiyatlı qərar verilmişdi. Azərbaycan Cümhuriyyət qurucuları yüksək dövlətçilik əxlaqı ilə həmin hərəkətlərin müsbət dəyərini verməyə çalışmışlar.

Lakin Atatürkün bir parça Azərbaycanda-Ankaradakı böyük elçilik binasındakı çıxışı heç bir ideologiyanın təsirinə uymadan və qırımızı rəngə əyilmədən əzilən xalqların hamisi rolunda çıxış adlandırıla bilər.Məhz ona görə də həmin sadə binanın divar daşlarına həkk olunan kəlamlar müstəqil Azərbaycanın bu günündə də tarixi əhəmiyyətini qoruyub saxlayır.Çünki Atatürkün əlləri ilə ucalan Azərbaycan Bayrağı 70 il keçəndən sonra da yenidən özünün ay-ulduzlu müqəddəsliyinə qovuşdu.

Oraq və çəkicdən ulduz törəyir!

[1] http://www.bayburtpostasi.com.tr/resulzade-cumhuriyetinin-yikilmasina-evet-demek-zorundaydi-ataturk-bu-azerbaycan-i-satmak-demek-miydi-iste-gercekler-makale,7568.html

[2] Kaynak: https://bpakman.wordpress.com/ataturk/azerbaycani-mustafa-kemal-mi/

[3] https://www.atam.gov.tr/wp-content/uploads/VIII.-ULUSLARARASI-ATAT%C3%9CRK-KONGRES%C4%B0-II.-C%C4%B0LT.pdf

[4] http://irs-az.com/new/pdf/201312/1386944848824816094.pdf

[5] http://irs-az.com/new/pdf/201312/1386944848824816094.pdf

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net