1news.az

Avroliqada bütün yarımfinalçılar müəyyənləşdi

12 Avqust saat 09:16 ~ 1 dəqiqəlik oxu 2300
Avroliqada bütün yarımfinalçılar müəyyənləşdi

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin son iki oyunu keçirilib.

1news.az Trend-ə istinadən bildirir ki, Ukraynanın "Şaxtyor" klubu İsveçrənin "Bazel" klubu üzərində 4:1 hesablı qələbə qazanıb. "Şaxtyor"un heyətində qolları Junior Moraes, Tayson, Alan Patrik (penalti) və Dodo, "Bazel"in heyətində isə yeganə qolu Rikki van Volfsvinkel vurub.

Digər oyun İspaniyanı "Sevilya" klubu İngiltərənin "Vulverhempton" klubu üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu Lukas Okampos vurub.

Beləliklə, "Şaxtyor" və "Sevilya" UEFA Avropa Liqasının yarımfinalına yüksəliblər.

Qeyd edək ki, yarımfinalda "Şaxtyor" İtaliyanın "İnter" klubu ilə, "Sevilya" isə İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaqlar.

11 avqust

"Vulverhempton" - "Sevilya" - 0:1
Qol: Okampos, 88

"Şaxtyor" - "Bazel" - 4:1
Qollar: Moraes, 2 (1:0), Tayson, 22 (2:0), Patrik, 75 (3:0), Dodo, 88 (4:0), Van Volfsvinkel, 90+2 (4:1)

10 avqust

"Mançester Yunayted" - "Kopenhagen" - 1:0

"İnter" - "Bayer" (Leverkuzen) - 2:1

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net