Azərbaycan dünyada effektiv siyasəti ilə fərqlənir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan dünyada effektiv siyasəti ilə fərqlənir

15:46 - 04 / 08 / 2020
Azərbaycan dünyada effektiv siyasəti ilə fərqlənir

2020-ci il Azərbaycanda və ümumilikdə bütün dünyada bir çox hadisələrlə yadda qaldı. Ən mühüm məqamlardan biri cari ilin əvvəlində ölkəmizin ictimai-siyasi həyatında baş verən VI çağırış növbədənkənar parlament seçkiləri oldu.

Xalqın iradəsi ilə yeni formalaşmış parlament istər dünyada, istərsə də ölkədə baş verən dəyişikliklər kontekstində hakimiyyətin qanunverici qolu olaraq hətta qlobal pandemiya şəraitində belə Azərbaycanın dayanıqlı inkişafı üçün daha əlverişli və etibarlı imkanların əldə olunmasını uğurla təmin etməkdədir.

Eyni zamanda, COVİD-19 koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılması, 17 milyondan çox insanın yoluxması və nəticə olaraq süni iqtisadi böhranın yaranması bu ilin arzuolunmaz hadisələrindəndir.

Keçdiyimiz illərdə səhiyyənin inkişafı istiqamətində görülən əməli işlərin və effektiv böhran idarəçiliyinin nəticəsidir ki, Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətə nümunə olmaqdadır. Ölkədə xüsusi karantin rejiminin elan olunması,  modul tipli xəstəxanaların sürətlə tikilib istifadəyə verilməsi, zərərçəkmiş sahibkarlıq subyektlərinin dövlət tərəfindən maliyyə yardımı və güzəştli kreditlərlə təmin edilməsi, vergi tətilləri və güzəştlərinin tərtib olunması Azərbaycanın bu sahədə nailliyətlərinin bariz nümunəsidir. Həmçinin xüsusi karantin rejimi dövründə koronavirus pandemiyasından zərər çəkmiş, gəlirini itirən, qeyri-formal işləyən 600 min vətəndaşımıza sosial dəstək tədbirlərindən biri kimi, aylıq 190 manat birdəfəlik ödəniş olunmuşdur.

 Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizədə ÜST-ün tələblərinə müvafiq olaraq atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Son günlərin statistikasına nəzər salsaq koronaviusa yoluxanların sayının azalması, sağalan və evə buraxılan xəstələrin sayında artım dinamikası və xəstəliklə mübarizədə effektiv üsulların tətbiq olunması dövlətimizin dünyanı cənginə alan bu problemlə mübarizədə tam ayıq olduğunu və doğru qərarlar qəbul etdiyini bir daha təsdiq edir.

Bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Təsadüfi deyildir ki, bir sıra beynəlxalq ekspertlər Azərbaycanı sabitlik adası adlandırırlar. İstər demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, istərsə də söz azadlığının və insan hüquqlarının qorunması sahəsində qazanılan uğurlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.

Daim yeniləşən və inkişaf edən Azərbaycanı dünyanın bir sıra ölkələri ilə müqayisə etdikdə ölkə başçısının apardığı siyasətin nümunəvi olduğu qənaətinə gəlmiş oluruq. Bu baxımdan, ölkə ictimaiyyətinə səslənərək bildiririk ki, bütün bu qazanılmış nailiyyətləri qorumaq və onları daha da davamlı etmək, eyni zamanda ermənilərin və ermənipərəst qüvvələrin bizə qarşı təxribatlarının qarşısını almaq və bütövlükdə, ümummilli və haqq işimizdə qələbə çalmağın yeganə yolu həmrəy olmaqdan, Cənab Prezidentin ətrafında sıx birləşməkdən keçir.

Məzahir Əfəndiyev

Milli Məclisin deputatı

 

Paylaş:
615

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər