Kolumbiyada qaçırılan 39 nəfər xilas edildi | 1news.az | Xəbərlər
Dünya

Kolumbiyada qaçırılan 39 nəfər xilas edildi

Oksana Orucova09:53 - Bu gün
Kolumbiyada qaçırılan 39 nəfər xilas edildi

Kolumbiyanın Çoko bölgəsində Milli Azadlıq Ordusu (ELN) tərəfindən qaçırılan 39 nəfər təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində azad edilib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Məlumata görə, ELN üzvləri Medellin–Kibdo magistral yolunda sərnişin avtobusunu saxlayaraq sərnişinləri girov götürüblər. Keçirilən əməliyyat nəticəsində bütün girovlar sağ-salamat xilas olunub.

Əməliyyat zamanı hərbçilərlə silahlılar arasında baş verən atışmada 2 əsgər vəfat edib, 5 hərbçi yaralanıb.

Kolumbiya rəsmiləri hadisəni pisləyərək, ELN-ni hücuma görə məsuliyyət daşımaqda ittiham ediblər.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər