Azərbaycan neftinin qiyməti yenə bahalaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti yenə bahalaşdı

09:43 - Bu gün
Azərbaycan neftinin qiyməti yenə bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,22 dollar artaraq 86,51 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 81,29 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
122

Son xəbərlər

Bütün xəbərlər