Türkiyədə meşə yanğını: 1120 nəfər təxliyə edildi | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə meşə yanğını: 1120 nəfər təxliyə edildi

Oksana Orucova10:36 - Bu gün
Türkiyədə meşə yanğını: 1120 nəfər təxliyə edildi

Türkiyənin Muğla vilayətinin Milas rayonunda baş verən meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarından etibarən yanğına təyyarə və helikopterlərlə havadan, yüzlərlə əməkdaşın iştirakı ilə isə qurudan müdaxilə yenidən başlayıb.

Muğla valisi İdris Akbıyık bildirib ki, təhlükəsizlik məqsədilə otellər və istirahət məkanlarından ümumilikdə 1120 nəfər təxliyə olunub.

Onun sözlərinə görə, yanğının söndürülməsinə 12 helikopter, 8 təyyarə, 62 yanğınsöndürən maşın və 517 nəfərlik heyət cəlb edilib. Ərazidə güclü külək, aşağı rütubət və mürəkkəb relyef yanğının yayılmasını sürətləndirir.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

 

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər