Azərbaycan nümayəndə heyəti İran prezidenti ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan nümayəndə heyəti İran prezidenti ilə görüşüb – FOTO

10:21 - 04 / 12 / 2019
Azərbaycan nümayəndə heyəti İran prezidenti ilə görüşüb – FOTO

İranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın prezidenti Həsən Ruhani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Şahin Mustafayev Prezident İlham Əliyevin məktubunu Prezident Həsən Ruhaniyə təqdim edib. Bildirib ki, Prezident İlham Əliyev Sizinlə dostluğa və səmimi münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti hesab edir ki, dostluq əlaqələri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verəcək və qarşılıqlı əlaqələr xalqlarımızın mənafeyinə xidmət edəcək.

Prezident Həsən Ruhani məktuba görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. Prezident Həsən Ruhani deyib ki, İran ilə Azərbaycan yaxın qonşu olmaqla yanaşı, həm də yaxın dost və qardaş dövlətlərdir. Hər iki dövlət qlobal əhəmiyyətə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayır. Bu layihəyə daxil olan dəmir yolu xətti İrandan Azərbaycana və Rusiyaya, oradan isə Avropaya uzanacaq. Bu layihədən yalnız İran ilə Azərbaycan deyil, həmçinin regionun digər dövlətləri də faydalanacaq. Biz, həmçinin İran, Azərbaycan və Rusiya üçtərəfli əlaqələrinin inkişafında da maraqlıyıq.

Prezident Həsən Ruhani iki ölkə arasında digər sahələrdə olduğu kimi, turizm, yüksək texnologiyalar və ekologiya sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov da iştirak ediblər.

S.Xankişiyeva

 

 

Paylaş:
484

Son xəbərlər

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51
Bütün xəbərlər