Azərbaycanla Britaniya arasında münasibətlər daha da inkişaf edəcək
Azərbaycan-Britaniya münasibətlərinin müxtəlif istiqamətlərdə daha da inkişaf etdiriləcəyi bildirilib
1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman qeyd edib
Səfirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın xüsusilə təhlükəsizlik, iqtisadiyyat, süni intellekt və müasir texnologiyalar sahələrində genişləndirilməsi gözlənilir. O qeyd edib ki, qarşıdakı dövrdə bu istiqamətlər üzrə bir sıra yeni təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Dankan Norman bildirib ki, ilk növbədə Azərbaycan və Britaniya arasında strateji tərəfdaşlıq sənədinin imzalanması planlaşdırılır. Onun sözlərinə görə, bu sənəd ölkələr arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq.
Səfir həmçinin qeyd edib ki, növbəti bir ay ərzində Britaniyanın iki nazirinin Azərbaycana səfəri gözlənilir. Bu səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Ayxan Məlikzadə












