“Azərbaycan Ordusunun qələbə bayrağını Şuşada dalğalandıracağı günü səbirsizliklə gözləyirik” - Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan Ordusunun qələbə bayrağını Şuşada dalğalandıracağı günü səbirsizliklə gözləyirik” - Prezidentə yazırlar

20:11 - 31 / 10 / 2020
“Azərbaycan Ordusunun qələbə bayrağını Şuşada dalğalandıracağı günü səbirsizliklə gözləyirik” - Prezidentə yazırlar

Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, həmçinin bir sıra digər ölkələrin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır.

Onlar sevinc və qürur hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Türkiyənin Ankara şəhərindən Ali Aras yazır: “Hörmətli cənab Prezident, Sizə Türkiyədən yazaraq eyni kökə, eyni Vətənə malik olduğum üçün fəxr etdiyimi bildirirəm. Sizin haqlı və qürurlu mübarizənizi, maneələri dəf edərək sürətlə irəliləməyinizi qürurla izləyirəm. Azərbaycanla həmrəy, əl-ələ olmağı bildirmək mənim üçün kifayət deyil, mən ikinci Vətənim üçün daha çox şey etmək istəyirəm. Buna görə Sizə müraciət edərək maddi və mənəvi dəstəyə, əlimdən gələn hər şeyi etməyə hazır olduğumu, ehtiramımı bildirirəm”.

Balakən rayonunun sakini Alvina Cumayeva: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən Balakən gəncləri adından yazaraq Sizin siyasətinizi dəstəklədiyimizi bildirirəm. Qəbul etdiyiniz düzgün qərarlar nəticəsində ölkəmizin inkişafı və çiçəklənməsi biz gəncləri də çox sevindirir. Yürütdüyünüz müdrik və qətiyyətli siyasət nəticəsində dövlətimizin qazandığı uğurlar, rəşadətli Ordumuzun zəfərləri, düşmənlərimizə verilən layiqli cavablar bizə qürur hissi yaşadır. Allah Sizi və müzəffər Ordumuzu qorusun! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”.

Qazax rayon sakini Bəhlul Yusifov: “Əziz Ali Baş Komandanımız İlham Əliyev, ilk öncə Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirik. Biz qazaxlılar Sizin müdrik siyasətinizi dəstəkləyirik və daim Sizinlə birlikdəyik. Bütün alınan torpaqlara görə çox-çox minnətdarıq. Cənab Prezident, əminik ki, Sizin Ordumuza dəstəyiniz sayəsində əsgərlərimiz Qarabağ torpaqlarını işğaldan tam azad edərək öz sahiblərinə qaytaracaqlar. Biz Sizə və Ordumuza güvənirik. Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan Ordusu!”.

Göyçay rayon sakini Rəşad Allahverdiyev: “Möhtərəm cənab Prezident, bu gün Vətənimizdə gedən bu ağır döyüşlərdə qazanılan uğurlar bir azərbaycanlı kimi məni çox sevindirir. Mən azərbaycanlı olmağımla, Sizin kimi Prezidentimizin olması ilə fəxr edirəm. Bu, həqiqətdir ki, dünyanın bir çox ölkələrinin vətəndaşları Sizin kimi Vətənini sevən, xalqını sevən bir Prezidentlərinin olmasını çox istəyərlər. Sizə bu yolda uğurlar, nailiyyətlər arzulayıram. Daim zirvələrdə olasınız. Sizə sonsuz təşəkkürümü bildirirəm. Qarabağ Azərbaycandır!”.

Füzuli rayon sakini Zaur Səfərovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, 30 ilə yaxındır ki, qəlbimizdə çəkdiyimiz ağrılı-acılı Vətən həsrətimizə son qoyduğunuz üçün Sizə ailəm və öz adımdan dərin təşəkkürümü bildirirəm. Sizə və Azərbaycan Ordusunun hər bir əsgərinə cansağlığı və yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, Sizin rəhbərliyiniz altında qüdrətli ordumuz qələbə qazanacaq və bu qələbə çox yaxındadır. Allah bu haqq yolunda Sizin və xalqımızın yar və yardımçısı olsun. Allah Sizi, xalqımızı və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Seynur Əsgərli: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, sentyabrın 27-dən indiyədək torpaqlarımız uğrunda gedən döyüşlərdə qazandığınız uğurlara, bu yolda göstərdiyiniz cəsarət və fədakarlığa görə Sizə minnətdarlığımı bildirirəm. Fəxrimizsiniz, cənab Prezident. Sizinlə və Ordumuzla qürur duyuram. Bir əsgər olaraq hər zaman əmrinizə hazıram. Azərbaycan Ordusunun tezliklə qələbə bayrağını Şuşada dalğalandıracağı, tarixi ədalətin bərpa ediləcəyi günü səbirsizliklə gözləyirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Qubadlı sakini Zaur Cəfərov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Qubadlı şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsi xəbərinə o qədər sevindim ki, heç idman sahəsində qazandığım uğurlara görə bu qədər sevinib, qürurlanmamışdım. 2019-cu ildə Finlandiyada ermənilərin də iştirak etdiyi dünya çempionatında ən yüksək nəticə göstərərək qalib oldum, əlimdə üçrəngli müqəddəs Azərbaycan bayrağı ilə fəxri kürsüdə məğlub etdiyim erməni ilə üz-üzə gəldim. Sözün bitdiyi an idi. Gözlərim dolmuşdu, bir tərəfdən uğur qazanmağımın sevinci, digər tərəfdə yaralı Qarabağımız. Bir gözümlə ağlayır, bir gözümlə gülürdüm. Erməniyə dedim ki, bu qisas qiyamətə qalmayacaq. Siz ermənilər hər sahədə bizə məğlub olmusunuz. Biz Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. Nəhayət əmr verildi, biz onlara yerlərini göstərdik. Cənab Prezident, dildə ifadə edə bilməyəcəyimiz sevinclərə görə Sizinlə fəxr edirik. Son nəfəsimizə kimi bizim Ali Baş Komandanımız, Prezidentimizsiniz. Yaşasın Azərbaycan! Yaşasın İlham Əliyev! Yaşasın Mehriban Əliyeva! Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Tehran Heydarov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mən bu müharibənin ağırlığını öz çiyinlərində daşıyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün əsgərlərinə, həmin əsgərləri döyüşə qaldıran komandirlərimizə, açıq döyüş meydanında canlı qüvvə və hərbi texnikaların hərbi nizamnaməyə uyğun idarə olunmasında xüsusi xidməti olan zabit və generallarımıza, Ermənistan silahlı qüvvələrinin mühəndis istehkam xəttinin yarılmasında xidməti olan ordumuza və ən əsası Ermənistanın dövlətçiliyini beynəlxalq aləmin gözü qarşısında heçə endirməyi bacaran Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkür və minnətdarlığımı bildirirəm. Mən əminəm ki, yüksək döyüş qabiliyyətinə malik olan rəşadətli Ordumuz tezliklə işğal altında olan Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda və Xankəndidə ay-ulduzlu üçrəngli bayrağımızı dalğalandıracaqlar. Vətənini, Bayrağını, dövlətini və xalqını sevən Azərbaycan Ordusunun əsgərləri açıq döyüş meydanında erməni əsgərlərini tərksilah etməklə onları Azərbaycan xalqı qarşısında diz çökdürəcəklər və Ermənistanın bayraqlarını Azərbaycan xalqının ayaqları altına atmaq kimi müqəddəs bir işin öhdəsindən layiqincə gələcəklər. Allah Sizi və müzəffər Ordumuzu qorusun!”.

Göygöl rayon sakini Ayaz Yolçuyev: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bütün xalq Sizin apardığınız siyasəti bəyənir və sonuna kimi arxanızdayıq. Cənab Prezident, ehtiyatda olan gizir kimi Sizdən xahiş edirəm ki, mənim yenidən Silahlı Qüvvələrimizin əsgərləri ilə birlikdə döyüşə getməyimə kömək edəsiniz. Sizin etimadınızı doğruldacağıma söz verirəm. Qələbə bizimdir, zəfər bizimlədir! Qarabağ Azərbaycandır!”.

Qubadlı rayon sakini Nərmin Məmmədova: “Müzəffər Ali Baş Komandan, 28 ildir həsrət qaldığımız doğma yurdumuz Qubadlı rayonu Sizin və rəşadətli ordumuzun qətiyyəti sayəsində düşmən tapdağından azad edilmişdir. Bu yolda göstərdiyiniz qətiyyətə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sevimli Prezidentimiz, döyüş meydanındakı bugünkü zəfərlərin təməli Sizin tərəfinizdən qoyulmuş və rəhbərliyinizlə bu təməl üzərində möhkəm xalq-dövlət birliyi ucaldılmışdır. Bu sarsılmaz milli birlik düşmənin başını əzməkdə davam edir. Cənab Prezident, çox təəssüf ki, həqiqətə kor olmuş dünya gücləri, ermənipərəst dairələr son günlər bütün güclərini ölkəmizə qarşı yönəldərək Sizi haqq işinizdən döndərməyə, qətiyyətli qərarlarınıza təsir etməyə çalışırlar. Amma onların unutduğu, hesaba almadıqları bir vacib nüans vardır. Unudurlar ki, xalq birliyindən güc alaraq haqq-ədaləti təmin edən, milləti qarşısında andına sadiq qalıb Vətənimizin ərazi bütövlüyünü bərpa edən Sərkərdəni, Ali Baş Komandanı qətiyyətindən heç bir qüvvə döndərə bilməz. Sizinlə fəxr edirik, qürur duyuruq. Uca Tanrı Sizi və Ordumuzu qorusun. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Nürəddin Həşimov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, bu gün bu məktubu Sizə bir Kəlbəcər sakini kimi yazıram. Hələ 1996-cı ilin iyun ayında Rusiya Federasiyasında yaşadığım dövrdə Allah-Təala mənə dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevlə Stavropol vilayətinin Kislovodsk şəhərində diasporumuzun ən fəal bir üzvü kimi görüşməyi nəsib etmişdir. Həmin görüşdə Qarabağ torpaqlarının işğalda olması barədə geniş müzakirələrimiz olmuşdu. Ulu Öndər hələ o zaman görüşdə belə söyləmişdi: “Harada yaşamağımızdan asılı olmayaraq, nə dilimizi, nə də dinimizi unutmayaq. Vahid bir yumruq kimi, hər bir zaman Azərbaycanın yanında olaq”. İkinci bir xoşbəxtliyi Allah mənə nəsib etdi, 2014-cü ilin aprel ayında Sizinlə Stavropol vilayətindən gəlmiş nümayəndə heyətinin tərkibində olan bir şəxs kimi Bakı Ekspo Mərkəzində görüşdüm. Bu görüşdə əyani olaraq Sizin nə qədər alicənab, humanist, uzaqgörən bir siyasətçi olduğunuza bir daha əmin oldum. Cənab Ali Baş Komandan, 27 il ərzində bütün varlığımla inanmışam ki, Siz Qarabağ torpağını bu erməni faşistlərindən azad edəcəksiniz. Cənab Prezident, bu sevinci Azərbaycan xalqına yaşatdığınıza görə Sizi səmimi qəlbdən təbrik edirəm, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Allah Sizə yar olsun. Eləcə də bütün əsgərlərimizi, zabitlərimizi təbrik edirəm. Allah Sizləri qorusun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, valideynlərinə başsağlığı verirəm. Şəhidlərimiz bizim hər birimizin, bütövlükdə Azərbaycan xalqının övladlarıdır. Cənab Prezident, mən də Sizin bir əsgəriniz kimi hər bir an torpaqlarımızın azad edilməsi uğrunda ön cəbhədə vuruşmağa, eləcə də işğal altındakı rayonlarımızın azad olunandan sonra yenidən qurulmasında bir fərdi sahibkar, iş adamı kimi iştirak etməyə hazıram. Ən sonunda Azərbaycan xalqına və dövlətinə içimdən gələn bir təklifim var: Ali Baş Komandan cənab İlham Əliyevi ömürlük Azərbaycan Respublikasının Prezidenti elan etmək, Qarabağ torpağında işğaldan azad olunmuş rayonlarımızın hər birində qızıldan büstünü qoymaq!”.

Bakı şəhər sakini Nicat Ağayev: “Sevimli Prezidentimiz, mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Sizin sayənizdə torpaqlarımız işğaldan azad olunur. Siz fövqəladə mükəmməl lider, uzaqgörən və qətiyyətli rəhbərsiniz. Dünya liderlərinin Sizdən öyrənəcəyi çox şey var. Ulu Tanrı Sizi və ailənizi qorusun! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Paytaxtın daha bir sakini Söhbət Bağırov yazır: “Hörmətli Prezidentimiz, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı, Siz Azərbaycan tarixində yeni şanlı səhifələr açırsınız. Azərbaycanın tarixi torpaqları olan Qarabağı və onun ətrafında olan əraziləri işğaldan azad edirsiniz. Mən əmin idim ki, biz bir gün mütləq o torpaqlara qayıdacağıq. O gün bu gündür! Sizə gördüyünüz işlərdə uğurlar arzu edirəm. Qələbə bizimdir!”.

Ağcabədi sakini Təzəgül Rəcəbova: “Hörmətli cənab Prezident, mən sadə və zəhmətkeş bir ailədə anadan olmuşam. Atanız məhrum ulu öndər Heydər Əliyevin gördüyü gözəl işlərin şahidi olmuşam. Onun müdrik siyasətini layiqli şəkildə davam etdirdiyinizə görə Sizə təşəkkür edirəm. Əziz Prezidentim, Sizə həmişə duaçıyam. Uca Allahdan Sizə kömək diləyirəm. Allah yardımçınız olsun. Elimiz-obamız Sizin dayağınızdır. Şəhid anaları Sizi öz övladı bilir. Bu müqəddəs yolda Sizə uğurlar diləyirəm”.

S.Xankişiyeva

 

Paylaş:
775

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər