1news.az

Azərbaycanda əhalinin neçə faizi idmanla məşğul olur?

11 Dekabr saat 16:57 ~ 1 dəqiqəlik oxu 1060
Azərbaycanda əhalinin neçə faizi idmanla məşğul olur?

Azərbaycanda əhalinin yalnız 20,7 faizi idmanla məşğul olur.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 41,4 faizi, 20-44 yaşlı əhalinin 27,6 faizi, 45-64 yaşlı əhalinin 11,9 faizi idman edir.

İdmanla məşğul olan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Azərbaycanın kişi əhalisinin 30,8 faizi idmanla məşğul olur. Ölkədə 15-19 yaşlı kişilərin 52,7 faizi , 20-44 yaşlı kişilərin 40,6 faizi, 45-64 yaşlı kişilərin 17,5 faizi, yaşı 65-dən çox olan kişilərin 8,9 faizi idmanla məşğuldur.

Qadınlara gəldikdə isə, onların yalnız 11,4 faizi idmanla məşğul olur.

Azərbaycandakı 15-19 yaşlı qadınların 29,5 faizi , 20-44 yaşlı qadınların 14,3 faizi, 45-64 yaşlı qadınların 7,2 faizi, yaşı 65-dən çox olan qadınların 2,6 faizi idman edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyri-aktiv həyat tərzi və fiziki hərəkətsizliyi dünya üzrə ölümə səbəb olan dördüncü əsas risk amili kimi qiymətləndirir. Dünyada hər 3-cü şəxs kifayət qədər aktiv həyat yaşamır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İdman BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net