Azərbaycanda epidemioloji vəziyyət gərgindir - Baş epidemioloq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda epidemioloji vəziyyət gərgindir - Baş epidemioloq

13:11 - 04 / 04 / 2020
Azərbaycanda epidemioloji vəziyyət gərgindir - Baş epidemioloq

"Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar".

1news.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, epidemioloji vəziyyətin gərgin olmasına baxmayaraq, dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görür.

İ.Ağayev əlavə edib ki, Azərbaycan qlobal koronovirusa qarşı sistemli mübarizə aparan öncül ölkələr sırasındadır və bu tədbirlər bu gün bütün dövlət qurumları tərəfindən lazımi səviyyədə həyata keçirilir:

"Heç bir ölkə bizim qədər qabaqlayıcı tədbirlər görməyib. Amma bəzi insanlar dövlətin qoyduğu qadağalara əməl etmək istəmirlər. Başa düşmürlər ki, bununla öz sağlamlıqlarını təhlükəyə atırlar. Axı, küçəyə çıxıb virusa yoluxmağa nə lüzum var?! Mən insanlara demək istəyirəm ki, bu pandemiyanın mahiyyətini dərk edin və karantin rejiminin tələblərinə əməl edin. İndi nə tədbirlər həyata keçirilirsə, bunların hamısı sizin sağlamlığınız üçün edilir. Epidemiya sizdən heç nə soruşmur, o, harada oldu, sizi yoluxdura bilər. Hazırkı şəraitdə ən gözəl tədbir evləri tərk etməmək, evdə qalmaqdır. Mən bir epidemioloq kimi insanlardan xahiş edirəm ki, heç kim evini tərk etməsin".

İ.Ağayev əlavə edib ki, evdən kənara çıxan insanlar evə qayıtdıqda ilk olaraq, əllərini təmiz yumalıdırlar:

"Xəstəlikdən qorunmaq üçün insanlar otaqlarının havasını tez-tez dəyişməli, istifadə etdikləri tərəvəzləri duzlu suda saxladıqdan sonra su şırnağı altında yumalıdırlar. Bərk meyvələrin isə istifadə etməmişdən əvvəl üstünə qaynar su axıtmaq yaxşı olardı".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

1news.az

Paylaş:
728

Son xəbərlər

Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13
Bütün xəbərlər