Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 53152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 813, ötən müddət ərzində isə ümumilikdə 1 331 287 test aparılıb.
Qafar Ağayev
452