AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar | 1news.az | Xəbərlər
Siyasət

AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar

16:35 - 16 / 11 / 2018
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar

Pakistanın “Dispatch News Desk” (DND) xəbər agentliyi AZƏRTAC ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

İki media qurumu arasında əlaqələr yaradılması noyabrın 16-da AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun DND xəbər agentliyinin baş redaktoru Ağa İqrar Harun ilə görüşdə müzakirə olunub.

Azərbaycan ilə Pakistanı sıx dostluq və qardaşlıq münasibətləri birləşdirdiyini deyən Aslan Aslanov bütün sahələrdə olduğu kimi KİV-lər arasında da əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu bildirib. Qeyd olunub ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlət kimi Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt edilməsini daim pisləyir, bu işğalçı ölkəni beynəlxalq səviyyədə tanımır. “Regionun nüfuzlu ölkələrindən olan Pakistanın media qurumları ilə informasiya mübadiləsinin genişləndirilməsini zəruri hesab edirik. Bu, iki ölkənin və xalqlarımızın daha da yaxınlaşmasında, cəmiyyətlərimizdə məlumatlılığın artırılmasında mühüm əhəmiyyət kəsb edir”, - deyə İdarə Heyətinin sədri qeyd edib. Vurğulanıb ki, DND agentliyi ilə ikitərəfli əməkdaşlıq qarşılıqlı xəbər yayımının gücləndirilməsi istiqamətində müsbət addım olacaq.

Azərbaycan Pakistanın xarici siyasətində özünəməxsus yer tutur. Bu barədə danışan Ağa İqrar Harun hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsini qarşılıqlı münasibətlərdə vacib amil olduğunu qeyd edib. İnformasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi təşəbbüsünü dəstək verən baş redaktor AZƏRTAC-ın xəbərlərinin öz kanalları vasitəsilə Pakistan cəmiyyətinə çatdırmağa hazır olduqlarını söyləyib. “Agentliyimiz Azərbaycanla bağlı xəbərlərin yayılmasına diqqətlə yanaşır. Biz sizin xəbərləri urdu dilində də yaymaq istəyirik. Ümid edirik ki, bizim əməkdaşlığımız Pakistanla bağlı xəbərlərin də Azərbaycanda daha geniş yayılması üçün şərait yaradacaq”, - deyə baş redaktor qeyd edib.

Görüşdə AZƏRTAC-ın hazırda Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri (OANA) təşkilatına sədrliyi, bu beynəlxalq qurumlar çərçivəsində Pakistanın APP və PPİ agentlikləri ilə əməkdaşlıq etməsi barədə qonağa məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
486

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər