Bu il Bakı Limanında 9 milyon tona yaxın yük aşırılması hədəflənir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il Bakı Limanında 9 milyon tona yaxın yük aşırılması hədəflənir

First News Media11:45 - Bu gün
Bu il Bakı Limanında 9 milyon tona yaxın yük aşırılması hədəflənir

Bu il Bakı Beynəlxalq Dəniz Limanında 8,8 milyon ton yük aşırılması hədəflənir.

1news.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, ötən il limanda 8,2 milyon tondan çox yük aşırılıb: "Bu il üçün proqnoz isə 8,8 milyon tondur. Biz bu il üçün yük aşırılmasınl genişləndirməyə çalışırıq. Konteyner daşımalarına gəlincə, ötən il biz artıq 100 min TEU-dan konteyner idarə etmişik. İndi bizim bu il üçün proqnozumuz 121 min TEU konteynerdir".

Liman rəsmisi qeyd edib ki, son geosiyasi vəziyyətdən sonra bütün treyderlər və logistika şirkətləri dayanıqlı marşrut olan Orta Dəhlizi seçirlər: "Bu marşrut boyunca yükdaşımalarında artım sürətinin nəhəng olduğunu görə bilərsiniz".

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər