Bakıda avtomobillərin sayının azalması havanın təmizlənməsinə səbəb olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobillərin sayının azalması havanın təmizlənməsinə səbəb olub

17:39 - 29 / 03 / 2020
Bakıda avtomobillərin sayının azalması havanın təmizlənməsinə səbəb olub

Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən karantin rejimi nəticəsində paytaxtda avtomobillərin sayının azalması havanın nəzərəçarpacaq dərəcədə təmizlənməsinə səbəb olub.

Belə nəticələr digər ölkələrdə də qeydə alınıb. Bu bir daha təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Departament rəhbəri xatırladıb ki, koronavirus infeksiyası olmadan belə nazirlik hər zaman istər nəqliyyat vasitələrindən, istər sənaye müəssisələrindən, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar edib. “Məlum olduğu kimi, nazirlik tərəfindən bu istiqamətdə fəal təbliğat işləri aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Avtomobilsiz bazar günü” devizi altında keçirilən aksiyanı yəqin ki, hər kəs xatırlayır.

Bəziləri avtomobildən istifadəni azaltmaqla havanın təmizlənməsinə şübhə ilə yanaşırdılar. Lakin gördüyünüz kimi, ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən karantin rejimi nəticəsində paytaxtda avtomobillərin sayının azalması havanın nəzərəçarpacaq dərəcədə təmizlənməsinə səbəb olub”, - deyə U.Tağıyeva qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
573

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər