Yaralı satıcı: İşığı yandıran kimi partlayış baş verdi – FOTO – VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaralı satıcı: İşığı yandıran kimi partlayış baş verdi – FOTO – VİDEO - YENİLƏNİB

13:40 - 27 / 01 / 2018
Yaralı satıcı: İşığı yandıran kimi partlayış baş verdi – FOTO – VİDEO - YENİLƏNİB

Bakının mərkəzində baş vermiş partlayışdan sonra, bu gün səhər 08:50-də 1961-ci il təvəllüdlü Zahid Mahmudov yanıq xəsarətləri ilə xəstəxanaya gətirili.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov deyib.

Onun sözlərinə görə, xəstə III A,B və IV dərəcəli xəsarətlər alıb:

"Bədən səthinin 90 faizi və tənəffüs yollarının 15 faiz yanığı diaqnozu ilə daxil olub. Xəstənin ümumi vəziyyəti çox ağırdır və hazırda reanimasiyada müalicəsi davam edir. Huşu aydındır. Xəstənin dediyinə görə, səhər işlədiyi dükanın qapısını açaraq içəri daxil olub və işığı yandırarkən partlayış baş verib. Sarğı olunub, yarası təmizlənib, ağrıkəsicilər vurulub, antibakterial terapiya aparılır".

11.50

Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında partlayış baş vermiş ərazidə yenidən yanğın başlayıb.

Ərazidə olan "Azərqaz" İstehsalat Birliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülüb.

Report.az

11.13

Bakıda bu gün səhər saatlarında baş verən partlayışda xəsarət alan şəxsin adı məlum olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.

Həmçinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayışın baş verdiyi əraziyə gəlib.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.

"Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

S.Xankişiyeva

Paylaş:
1022

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər