Bakıda daha bir Qran-pri təxirə salındı | 1news.az | Xəbərlər
İdman

Bakıda daha bir Qran-pri təxirə salındı

18:04 - 04 / 04 / 2020
Bakıda daha bir Qran-pri təxirə salındı

Mayın 11-12-də Bakıda keçirilməsi nəzərdə tutulan paracüdo üzrə Qran-Pri yarışları gələn il təşkil olunacaq.

1news.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrinə əsasən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə müzakirələr aparıb və bu qərara gəlib.

Əldə edilmiş razılığa əsasən Qran-Pri yarışı Bakıda 2021-ci ilin mayında keçiriləcək və “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat turniri olacaq.

Eləcə də IBSA 2020-ci ildə idmançılar üçün yarışların məhdud olmasını və AMPK-nın 2019-cu ildə keçirilmiş Qran-Prinin yüksək səviyyədə keçirilməsini nəzərə alaraq cari ilin noyabrda Bakıda dünya kubokunun və beynəlxalq təlim-məşq toplanışlarının keçirilməsi ilə bağlı komitəyə müraciət edib.

Bununla bağlı AMPK-da iclas keçiriləcək və yarışın keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.

1news.az

Paylaş:
1168

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər