Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası keçirilib

16:50 - 16 / 01 / 2020
Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası keçirilib

Yanvarın 16-da Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası təşkil edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbir Avropa Şurasının “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində keçirilib. Əsas məqsəd fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi jurnalistlərin gender bərabərliyinə də xüsusi diqqət yetirərək seçkinin mediada işıqlandırılması sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığının artırılması olub. Tədbirdə 60-a yaxın media nümayəndəsi, eləcə də dövlət qurumlarının və diplomatik missiyaların nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak ediblər.

Sessiyada çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, əvvəlki parlament seçkiləri ilə müqayisədə fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar indiyədək rekord sayda deputatlığa namizəd qeydə alınıb. Yanvarın 15-nə olan məlumata görə, 1534 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

MSK sədri qeyd edib ki, seçki prosesində mətbuat fəal iştirak edir. Bu da Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir. Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür. MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. Çalışmışıq ki, yerli mətbuatla yanaşı, beynəlxalq KİV nümayəndələri də bizim tədbirlərin işıqlandırılmasında fəal iştirak etsinlər.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, 2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq. O, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq islahatların həyata keçirildiyini deyib. Qeyd edib ki, son islahatlar kəmiyyət və keyfiyyət baxımından əvvəlki illərdən xeyli fərqlənir. İslahatlar o qədər genişmiqyaslıdır ki, cəmiyyətin bütün institutlarına öz təsirini göstərəcək.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib. Parlament seçkiləri taleyüklü proses olduğu üçün bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti fəallaşır və media da bunun tərkib hissəsidir.

Seçkiqabağı təşviqat aparmaq üçün 40-a yaxın KİV-in qeydiyyatdan keçdiyini diqqətə çatdıran Səadət Yusifova seçkilər dövründə medianın üzərinə böyük yük düşdüyünü bildirib. O əlavə edib ki, media nümayəndələri prosesi obyektiv işıqlandırmalı və bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. “İnanırıq ki, bu parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin və media ənənələrinin inkişafına öz töhfəsi ilə yadda qalacaq”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib. Bu tövsiyələr əsasən medianın rolu ilə bağlıdır. İstər seçkilərdən əvvəl, istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. “Seçkilər dövründə bizimlə əməkdaşlığa görə Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, Mərkəzi Seçki Komissiyasına, Mətbuat Şurasına və digər qurumlara təşəkkür edirik”, - deyə o əlavə edib.

Seçki dövründə mühüm məsələlərdən birinin də gender bərabərliyi olduğunu vurğulayan Zoltan Hernyes bildirib ki, gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov deyib ki, seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir. O, seçkiqabağı təşviqat zamanı televiziya və radio kanallarının əməl etməli olduğu məsələlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda özəl televiziya və radio kanalları təşviqatda iştirak edə bilməz. İctimai Televiziya seçkiqabağı təşviqatı ödənişli və ödənişsiz yolla həyata keçirir. Ödənişli efir vaxtı pulsuz efir vaxtından iki dəfə çox olmalıdır. Bəzən qiymətlərin yüksək olduğu iddia edilir. İctimai Televiziya tərəfindən müəyyən edilən ödənişli efir vaxtının bir saniyəsinin minimum 22 manat, maksimum 65 manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə uyğun hesablanıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şura səsvermə günü öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Qurumun “qaynar xətt”i fəaliyyət göstərəcək. “Qaynar xətt”ə daxil olan məlumatlar əvvəlcə Mərkəzi Seçki Komissiyasına ötürüləcək. Əvvəlki seçkilərdə “qaynar xətt”ə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də həllini tapacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcəklər.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov “Seçkinin mediada işıqlandırılması: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində “Seçkinin mediada işıqlandırılmasına dair Avropa Şurası standartları”, “Seçkinin mediada işıqlandırılmasına dair Azərbaycan qanunvericiliyi və təcrübəsi” və “Seçkinin mediada işıqlandırılması gender bərabərliyi kontekstində” mövzularında çıxışlar olub.

İnformasiya sessiyası müzakirələrlə davam edib.

1news.az

Paylaş:
989

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər